Yerlik hal

Yerlik hal və ya ismin yerlik halı. Əşya və ya hərəkətin yerini bildirir. İsmin yerlik halı kimdə? nədə? harada? suallarından birinə cavab verir və -da, -də şəkilçiləri ilə düzəlir. Məsələn: Günayda, Ayseldə (kimdə?), kitabda, dəftərdə (nədə?), bağda, həyətdə (harada?) şvə s. Kimdə? nədə? sualına cavab verən isim cümlədə vasitəli tamamlıq, harada? sualına cavab verən isim isə zərflik olur.

Qeyd: ismin 4 əsas qrammatik şəkilçisinin 4-də qabul edir ( cəm, mənsubiyyət, xəbərlik, şəxs )

şəkilçi omonimliyi.

da şəkilçisi olur:

  • bağlayıcı ( sadalanma instonasiyası )
  • ədat ( qüvvətləndirici )
  • zərf düzəldən şəkilçi ("il, ay, gün" üzərinə şəkilçini gəldikdə nə zaman ? sualına cavab verir)
  • hal şəkilçisi

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne